Türkiyədə ağır yol qəzası: 15 ölü, 2 yaralı

DÜNYA
11:27 06.07.2015
1676
Polis araşdırmaya başlayıb.
Türkiyənin Manila vilayətinin Gölmərmərə rayonunda ağır yol qəzası baş verib.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, qəza bu gün saat 05:30-da Hacıvəlilər Köyü yaxınlığında baş verib.
Qəza nəticəsində kənd təsərrüfatı işçilərini daşıyan və yük yeri açıq olan yük avtomobili TIR-la toqquşub.
Nəticədə 15 nəfər ölüb, iki nəfər yaralanıb.
Hadisə yerinə təcili ribbi yardım maşınları və polis cəlb olunub.
Polis qəza ilə bağlı araşdırmaya başlayıb.
OXŞAR XƏBƏRLƏR