Türkiyədə ağır yol qəzası: Avtomobil iki yerə bölündü

Türkiyədə ağır yol qəzası: Avtomobil iki yerə bölündü
DÜNYA
22:31 17.12.2023
224
Türkiyənin Eskişehir şəhərinin Odunpazarı rayonunda sürücünün idarəetməni itirərək avtomobili tramvay yolunun kontakt şəbəkəsinin dirəyinə çırpması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
 
Zərbənin gücündən nəqliyyat vasitəsi iki yerə bölünüb.

Yaralanan sürücü və sərnişinlər xəstəxanaya yerləşdirilsələr də, birincinin həyatını qurtarmaq mümkün olmayıb.

Sərnişinlərdən birinin həyati təhlükəsi qalmaqdadır.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR