Türkiyədə ağır yol qəzası olub, 19 nəfər xəsarət alıb

Türkiyədə ağır yol qəzası olub, 19 nəfər xəsarət alıb
DÜNYA
22:07 12.08.2025
269
Türkiyənin Adıyaman şəhərində kənd təsərrüfatı sahəsində çalışan işçiləri daşıyan mikroavtobus aşıb.

Hadisə Tut rayonunda qeydə alınıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Qəza nəticəsində sürücü də daxil olmaqla 19 nəfər yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
 
/report
OXŞAR XƏBƏRLƏR