Türkiyənin Şanlıurfa vilayətində sərnişin avtobusunun aşması nəticəsində altı nəfər yaralanıb.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Hadisə Bozova rayonunda qeydə alınıb.
Hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb olunub, yaralılar xəstəxanaya yerləşdirilib.
Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.
Faktla bağlı araşdırma başladılıb.