Türkiyədə ağır zəncirvari qəza olub, bir nəfər ölüb, doqquz nəfər yaralanıb

DÜNYA
11:11 26.01.2025
118
Türkiyənin İstanbul şəhərində zənzirvari qəza olub.

"Report” "Haber Global”a istinadən xəbər verir ki, hadisə Esenler rayonunda qeydə alınıb.

Bildirilib ki, motosiklet, mikroavtobus və üç avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, daha doqquz nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR