TEKNOFEST 2023 çərçivəsində 27 aprel-1 may tarixlərində Atatürk Hava Limanında xalqla görüşəcək "Bayraktar Kızılelma" bütün sürəti ilə yoxlanış testlərini davam edir.
AZXEBER.COM xəbər verir ki, uçuş sınaq kampaniyası çərçivəsində daha bir mühüm mərhələni keçən "Bayraktar Kızılelma", "Bayraktar Akıncı TİHA" ilə qol uçuşu həyata keçirib. Görüntüləri paylaşan "Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar tviter hesabında "Dünya aviasiya tarixində bir ilk" qeydini yazıb.
Baykardan verilən açıqlamaya görə, şirkətin tamamilə öz imkanları ilə inkişaf etdirdiyi "Bayraktar Kızılelma" pilotsuz döyüş təyyarəsinin uçuş sınaq kampaniyası planlaşdırılan istiqamətdə davam edir.
Pilotsuz döyüş təyyarəsinin kütləvi istehsalına 2024-cü ildə başlanılması planlaşdırılır.
Ayşən
Bugünden…
Bayraktar #AKINCI