Türkiyənin Çanaqqala boğazında meşə yanğını səbəbindən gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb.
Bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin Dənizçilik İdarəsi məlumat yayıb.
Məlumata görə, alovların tüstüsü bütün boğaza yayılıb və gəmilərin hərəkətini mümkünsüz edib.
Hazırda yanğın yerdən və havadan söndürülür.
/Oxu.Az