Türkiyədə anti-terror əməliyyatları: Küçəyə çıxma qadağası elan olundu

Türkiyədə anti-terror əməliyyatları: Küçəyə çıxma qadağası elan olundu
DÜNYA
09:48 03.07.2023
222
Türkiyənin Bitlis vilayətinin Hizan rayonunun on kəndi və ətraf bölgələrində küçəyə çıxma qadağası elan olunub.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Bitlis valiliyi açıqlama verib.

Məlumata görə, sözügedən rayonun kənd və məhəllələrində terror təşkilatı üzvlərinin olması və sığınacaqlar qurduqları barədə məlumatlar daxil olub.
Anti-terror əməliyyatlarının keçirilməsi səbəbi ilə ikinci əmrə qədər küçəyə çıxmaq qadağası elan edilib.
OXŞAR XƏBƏRLƏR