Türkiyədə ardıcıl 4 zəlzələ oldu

Türkiyədə ardıcıl 4 zəlzələ oldu
DÜNYA
09:59 01.08.2025
234
Türkiyənin qərbində ardıcıl 4 zəlzələ olub.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi xəbər verir.

Məlumata görə, yeraltı təkanların episentri Kütahya vilayətinin Simav rayonu olub. Dörd orta güclü zəlzələnin 5 dəqiqəlik intervallarla baş verdiyi və Simavda qısa müddətli təşvişə səbəb olduğu bildirilir.

Zəlzələlərin vaxtı və gücü aşağıdakı ardıcıllıqla olub:

07.15 - 3,4 bal

07.16 - 3,8 bal

07.17 - 3,8 bal

07.20 - 3 bal.

Zərərçəkənlərin və dağıntıların qeydə alınmadığı bildirilir.

/Unikal
OXŞAR XƏBƏRLƏR