Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır

Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
SOSİAL
19:54 25.06.2025
381

Türkiyədə arvadının sevgilisini öldürərək qaçaraq Azərbaycana gələn və illər sonra İnterpol xətti ilə Bakıda tutulan Can İlker Behlülün öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı təqdimata baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin və Baş Prokurorluğun əməkdaşları C.İ.Behlüllə bağlı bildiriblər ki, Türkiyədə onun barəsində qəsdən adam öldürmə maddəsi ilə qiyabi həbs qərarı var və beynəlxalq axtarışa verilib.

Onlar məhkəmədən təqsirləndirilən şəxsi öz ölkəsinə təhvil verilməsi ilə bağlı qərar verilməsini istəyiblər.

Təqsirləndirilən C.İ.Behlül isə Azərbaycandan getmək istəmədiyini bildirib:

"Uzun illərdir burada yaşayıram, Bakıda azərbaycanlı ilə evlənmişəm, uşağım var. Ailəm buradadır, xahiş edirəm Türkiyəyə məni ekstradisiya etməyin".

Məhkəmə müşavirə edərək qərara alıb ki, təqsirləndirilən şəxs Türkiyəyə ekstradisiya edilsin.

Qeyd edək ki, C.İ.Behlül uzun illər əvvəl Türkiyədə arvadı və onun sevgilisini bıçaqlayıb. Onlardan kişi ölüb, qadın isə xəsarət alıb.
 
//report.az

OXŞAR XƏBƏRLƏR