Türkiyədə avtobus aşıb, 23 nəfər yaralanıb

DÜNYA
17:48 28.12.2024
125
Türkiyənin Qars bölgəsində sərnişin avtobusunun aşması nəticəsində 23 nəfər yaralanıb.

Bu barədə Qars valisi Ziya Polat bildirib.

Onun sözlərinə görə, hadisə Qars-Ərzurum avtomobil yolunda Səlim rayonunun Oluklu kəndə baş verib. Avtobus yoldan çıxıb, qarlı əraziyə aşıb.

Yaralılar Qarsda Harakani dövlət, Qafqaz Universiteti Sağlamlıq Araşdırma və Təcrübə xəstəxanalarına yerləşdirilib.

Qəzaya səbəb kimi əlverişsiz hava şəraiti göstərilir.
 
///report

OXŞAR XƏBƏRLƏR