Türkiyənin Kütahya vilayətində işçiləri daşıyan avtobusun maye qaz daşıyan yük avtomobilinə çırpılması nəticəsində baş verən yol-nəqliyyat hadisəsində 35 nəfər xəsarət alıb.
Bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, içərisində 45 nəfərin olduğu avtobus Kütahya-Eskişehir dairəvi avtovağzal qovşağında, işıqforda dayanan yük avtomobili ilə toqquşub.
İlkin məlumata əsasən, qəza nəticəsində avtobusun sürücüsü və 34 işçi yaralanıb. Onlara hadisə yerində ilkin tibbi yardım göstərilib və daha sonra Kütahya Şəhər Xəstəxanasına və Övliya Çələbi Tədris və Araşdırma Xəstəxanasına yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
/Oxu.Az