AZXEBER.COM "Haber Global"a istinadən xəbər verir ki, qəza Erzin-Ceyhan yolunun Burnaz ərazisində baş verib.
"Toros Tarım" müəssisəsindən çıxan işçiləri daşıyan mikroavtobus qarşı istiqamətdən gələn yük maşını ilə toqquşub. Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları və jandarma əməkdaşları cəlb ediliblər.
Menteşin meyiti hadisə yerində aparılan araşdırmalardan sonra morqa aparılıb.
Məlumata görə, mikroavtobusdakı şəxslər podratçı şirkətdə çalışırmışlar və işdən sonra Dörtyol və Payas rayonlarındakı evlərinə qayıdırmışlar.
Jandarma qəza ilə bağlı araşdırmaya başlayıb.











































