Türkiyədə avtobus aşıb: İki nəfər ölüb, 21 sərnişin yaralanıb

Türkiyədə avtobus aşıb: İki nəfər ölüb, 21 sərnişin yaralanıb
DÜNYA
10:42 30.11.2025
104
Türkiyənin Afyonkarahisar şəhərində ağır yol qəzası baş verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Dinar rayonunda sərnişin avtobusunun yolun kənarına aşması nəticəsində iki nəfər ölüb, 21 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
OXŞAR XƏBƏRLƏR