Avtomobilin dərəyə aşması nəticəsində ikisi uşaq olmaqla 6 nəfər yaralanıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Düzce bölgəsində baş verib.
Qəza axşam saatlarında baş verib. Sema O. adlı qadının idarə etdiyi avtomobil sürücünün sükanı itirməsi nəticəsində təxminən 20 metr hündürlükdən dərəyə düşüb.
Qəzaya şahid olanların xəbəri üzərinə hadisə yerinə təcili yardım, xilasetmə və polis qrupları sövq edilib.
Yaralılar xəstəxanaya aparılıb.
Sürücünün vəziyyətinin ağır olduğu öyrənilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Oksana