Türkiyədə avtomobil partladıldı: Yaralananlar var

Türkiyədə avtomobil partladıldı: Yaralananlar var
DÜNYA
12:24 16.12.2022
292
Türkiyədə Diyarbəkir-Mardin yolu üzərində park edilmiş avtomobil partladılıb. 

AZXEBER.COM "Haber Global"a istinadla xəbər verir ki, çevik polis maşınının ərazidən keçdiyi zaman avtomobildə olan partlayıcı işə salınıb.

Avtomobilin partladılması nəticəsində 8 polis əməkdaşı yaralanıb.

Əraziyə xilasedicilər cəlb ediliblər. 
 
Partlayış nəticəsində yaralılar var. Onlardan 8-i polis, biri mülki şəxsdir. Yaralılar xəstəxanaya çatdırılıblar.
 
Hadisə ilə bağlı 5 nəfər saxlanılıb.
 
Günel
 
OXŞAR XƏBƏRLƏR