Türkiyədə azərbaycanlı qadın qətlə yetirildi - FOTOLAR

Türkiyədə azərbaycanlı qadın qətlə yetirildi - FOTOLAR
SOSİAL
14:32 17.04.2018
6372
Türkiyənin Dənizli şəhərində Azərbaycan əsilli Türkay İsayeva yaşadığı evdə ölü tapılıb.

Səhər saatlarında evdən səs-küy gəlib. Qonşular hadisə barədə polisə məlumat verib və evdə qadının cansız bədəni aşkarlanıb. İsayevanın birlikdə yaşadığı şəxs şübhəli qismində saxlanılıb. 

Ətrafda yaşayan şəxslər Türkay İsayeva və evdə qalan digər qadınların tez-tez döyüldüyünü dilə gətirib. Ölüm səbəbi tibbi ekspertizadan sonra müəyyənləşəcək.

33 yaşlı İsayevanın 7 və 1 yaşlı övladlarının olduğu bildirilir.
 
///Qaynarinfo
 

 

 


OXŞAR XƏBƏRLƏR