Türkiyədə azərbaycanlı qadınları fahişəliyə cəlb edən dəstə tutulub

Türkiyədə azərbaycanlı qadınları fahişəliyə cəlb edən dəstə tutulub
15:16 05.03.2013
1046

Əməliyyat nəticəsində 32 nəfər həbs edilib

Türkiyənin Konya şəhərində aralarında azərbaycanlı və gürcü qadınlar olmaqla, xeyli sayda qadını fahişəliyə cəlb edən dəstənin üzvləri həbs edilib. Xüsusi əməliyyat nəticəsində qadınları fahişəliyə cəlb edən 32 nəfərin həbs olunduğu bildirilir. Onların arasında dəstə başçısı və 10 qadın da var. Dəstə Azərbaycan, Gürcüstan və Türkiyə vətəndaşları olan 50-dən çox qadını qanuni iş yeri ilə təmin etmək adı ilə aldadaraq, Konyaya gətirir, burada cinsi istismara məruz qoyurmuş. Faktla bağlı araşdırmalar davam edir.

OXŞAR XƏBƏRLƏR