AZXEBER.COM xəbər verir ki, münsif üzvü Ömer Karacan komandasına seçdiyi Gülnarı bir anda yarışmadan uzaqlaşdırıb. Karacanın bu qərarı hər kəsi şoka salıb.
21 yaşlı həmyerlimiz isə münsifin qərarını belə izah edib: Mən Azərbaycan mahnıları oxuduğuma görə Ömer Karacan məni sevmirdi. O ilk gündən mənə qarşı bu münasibətdə idi. İngilis mahnısı oxumadığıma görə yarışmadan uzaqlaşdırıldım. Yenə də hər şeyi tamaşaçı və digər jürilər gördü. Mənim nəsə deməyim artıqdır".
Qeyd edək ki, Ömer Karacanın bu qərarı digər jürilər olan Armağan Çağlayan, Emre Aydın və Zinet Salini şoka salıb.
Həmin görüntüləri təqdim edirik: