Türkiyədə baş verən qəzada ölən və yaralananlar var

Türkiyədə baş verən qəzada ölən və yaralananlar var
DÜNYA
16:22 16.08.2026
230
Türkiyənin Şimali Marmara magistral avtomobil yolunda ölümlə nəticələnən ağır qəza baş verib.

AZXEBER.COM "Haber Global"a istinadən xəbər verir ki, hadisə magistralın İstanbulun Sarıyer rayonundan keçən hissəsində qeydə alınıb.

Məlumata görə, yük və minik avtomobilinin toqquşması nəticəsində biri uşaq olmaqla, üç nəfər ölüb, beş nəfər isə xəsarət alıb. Hadisə yolda tıxacın yaranmasına səbəb olub.

Qəzanın başvermə səbəbi araşdırılır.
OXŞAR XƏBƏRLƏR