Türkiyədə bıçaqlı davada 7 nəfər yaralanıb

DÜNYA
12:21 29.12.2024
161
Bir qrup dost arasında çıxan bıçaqlı davada 7 nəfər yaralanıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Bornova ərazisində baş verib.
 
Belə ki, parkda bir qrup dost arasında naməlum səbəbdən mübahisə düşüb.
 
Bıçaq davasına çevrilən hadisədə Y.B, V.A, O.A, S.B, S.A, V.U. və S.A. adlı şəxslər yaralanıb.
 
Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə təcili yardım və polis qrupları sövq edilib.
 
Xəstəxanaya qaldırılan 7 yaralıdan 6-sı müalicə olunaraq evlərinə göndərilib.
 
Polis hadisə ilə bağlı 4 şübhəlini saxlayıb.
 
Oksana

OXŞAR XƏBƏRLƏR