Türkiyədə bilik yarışmasına qatılan tarixçimiz "20 Yanvar"la bağlı sualda çətinlik çəkdi - VİDEO

Türkiyədə bilik yarışmasına qatılan tarixçimiz "20 Yanvar"la bağlı sualda çətinlik çəkdi - VİDEO
SOSİAL
12:43 24.12.2018
7856
Naxçıvan M.R.-nın Ordubad rayonunda tarix müəllimi çalışan Fərhad Abbasov Türkiyənin birinci kanalı olan "TRT1"də yayımlanan bilik yarışmasına qatılıb.

AZXEBER.COM Qaynarinfo-ya istinadən xəbər verir ki, veriliş boyu tarixlə bağlı suallarda yaxşı performans nümayiş etdirən F.Abbasov "20 Yanvar" faciəsi ilə bağlı sualı düzgün anlamadığı üçün cavabda bir qədər çətinlik çəkib.

O, "Kara ocaq" ifadəsindəki "ocaq" sözünün Türkiyə türkcəsində yanvar ayı mənasına gəldiyini tam anlamadığı üçün sualda çaşqınlıq yaşayıb, lakin sonda düzgün cavabı tapıb.
 

OXŞAR XƏBƏRLƏR