Türkiyədə bloqerlərə qadağa: Bizdə də tətbiq olunacaq?

Türkiyədə bloqerlərə qadağa: Bizdə də tətbiq olunacaq?
SOSİAL
01:22 30.01.2026
1318
Dünyanın bir çox ölkəsində, həmçinin Türkiyədə sosial şəbəkələr üzərindən ödənişli şəkildə həkim və dərman peraparatları reklam etmək qadağan edilib. Bloqerlər hətta öz real və razı qaldıqları nəticələri belə həkim məsləhəti üzərində paylaşım edə bilməzlər. Azərbaycanda isə çox sayda izləyicisi olan şəxslər rahatlıqla həkim və dərman reklamı edə bilirlər.

AZXEBER.COM xəbər verir ki, mövzu ilə bağlı sosioloq Elçin Bayramlı bir çox ölkələrdə bu fəaliyyət artıq qadağan olunduğunu deyib. 

"Çünki bəzi bloqerlər insanların sağlamlığı üzərindən biznes qurur, saxtakar həkimlərlə əməkdaşlıq edərək kütləvi aldadılmaya yol verirlər. Bunun nəticəsində insanların sağlamlığına ağır zərər dəyir, bəzən isə həyatlar məhv olur. Məhz bu risklərə görə həmin ölkələrdə bloqerlərin səhiyyə sahəsində fəaliyyəti məhdudlaşdırılıb".

O bildirib ki, bu çərçivədə həkimlərin reklamı, tibbi məsləhətlərin verilməsi, dərman və preparatların təbliği bloqerlərə qadağan edilib:
"Sosial şəbəkələrdə bu cür fəaliyyət göstərən şəxslərin əksəriyyəti tibbi bilik və məsuliyyət daşımır və cüzi qazanc naminə insanların həyatını təhlükə altına atır. Bu isə cəmiyyət üçün ciddi problemlər yaradır. Xüsusilə səhiyyə sahəsində bu fəaliyyətlərin Azərbaycanda da rəsmi şəkildə qadağan olunmasına ehtiyac var. Həkim və dərman reklamlarının bloqerlər tərəfindən aparılması dayandırılmalı, bu hallara qarşı ciddi sanksiyalar tətbiq edilməlidir. İnsanların sağlamlığı üzərindən qazanc əldə etmək yolverilməzdir".
Sosioloq deyib ki, eyni zamanda bəzi saxtakar həkimlərin bloqerlərlə əməkdaşlığı vəziyyəti daha da ağırlaşdırır.

"Buna görə də gecikmədən konkret qərar qəbul edilməli, səhiyyə sahəsində bloqer fəaliyyəti tam qadağan olunmalıdır. Yalnız peşəkar mediada həkimlərin və mütəxəssislərin çıxışlarına icazə verilməlidir. Hazırda bu sahədə faktiki nəzarətsizlik mövcuddur. Ekspertlər dəfələrlə bu problemi gündəmə gətirsə də, insanlar hələ də saxta dərmanlara və yanlış müalicələrə yönləndirilir. Bu səbəbdən təcili olaraq hüquqi mexanizmlər gücləndirilməli və qadağalar konkret şəkildə tətbiq olunmalıdır", - deyə o qeyd edib.

/ demokrat.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO