Türkiyədə gecə saatlaında zəlzələr qeydə alınıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Bildirilib ki, yerli vaxtla 02:41-də Muğlanın Datça rayonunun sahillərində 3,7 bal gücündə zəlzələ baş verib.
Təkanlar yerin 7,44 km dərinliyində baş verib.
Həmçinin 05:42-də Kahramanmaraş vilayətinin Andırın rayonunda 3,9 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ yerin 7,08 km dərinliyində baş verib.