Türkiyədə bu gün 17 nəfər koronavirusdan öldü

Türkiyədə bu gün 17 nəfər koronavirusdan öldü
SOSİAL
22:28 27.03.2020
4265
Türkiyədə son sutka ərzində koronavirusa yoluxanların sayı 2,1 min nəfər artaraq 5698-ə, ölənlərin sayı isə 92-yə çatıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

"Bu gün 7533 test keçirilib, onlardan 2069-u müsbət nəticə verib, bizdə ümumilikdə 5698 xəstə var. Biz daha 17 pasiyentimizi itirdik, ümumilikdə 92 ölü var”, - Qoca jurnalistlərə deyib.

Qeyd edək ki, daha əvvəl 75 nəfərin öldüyü, 3629 nəfərin yoluxduğu barədə xəbər verilirdi.
OXŞAR XƏBƏRLƏR