Türkiyədə bu gün daha 98 nəfər koronavirusdan öldü

Türkiyədə bu gün daha 98 nəfər koronavirusdan öldü
DÜNYA
21:39 10.04.2020
1264
Türkiyədə koronovirusdan (COVID-19) ölənlərin sayı artıb.  

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəstəlikdən bu gün daha 98 nəfər vəfat edib. 

Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca "Twitter” hesabından açıqlama yayıb. 

Nazir qeyd edib ki, son 24 saatda 24900 şübhəli koronavirus testindən keçib, onlardan 4747 nəfərinin cavabı pozitiv çıxıb. 

Bugünkü ölümlərlə birlikdə Türkiyədə yeni növ koronavirusdan indiyədək 1006 nəfər dünyasını dəyişib, 47029 nəfərdə isə virusa yoluxma aşkarlanıb. Onlardan 1667 nəfəri reanimasiyadadır, 2423 nəfərin isə müalicəsi müsbət nəticə verib.  
OXŞAR XƏBƏRLƏR