Türkiyədə bu gün koronavirusdan 73 nəfər öldü

Türkiyədə bu gün koronavirusdan 73 nəfər öldü
22:20 05.04.2020
1150
 
Türkiyədə son sutka ərzində daha 3135 nəfər koronavirusa yoluxub. Bu pandemiyadan ölənlərin sayı isə 73 olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca öz sosial media hesabında məlumat paylaşıb.

Məlumata görə, gün ərzində sağalan şəxslərin sayı 256 olub.

Bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 574-ə çatıb. Ümumi yoluxma sayı isə 27069 nəfərdir.
OXŞAR XƏBƏRLƏR