Türkiyədə Böyükşəhər Bələdiyyə sədri vəfat etdi

Türkiyədə Böyükşəhər Bələdiyyə sədri vəfat etdi
DÜNYA
20:10 09.06.2025
370
Manisadakı evində elektrik cərəyanı vuran Manisa Böyükşəhər bələdiyyəsinin sədri Ferdi Zeyrek 48 yaşında müalicə olunduğu xəstəxanada vəfat edib.

Bu barədə Türkiyənin Səhiyyə naziri Kemal Memişoğlu sosial şəbəkə hesabında paylaşım edib.

"Yaşadığı qəza nəticəsində xəstəxanaya yerləşdirilən və bir müddətdir müalicə alan Manisa Böyükşəhər bələdiyyə sədri Ferdi Zeyrek göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.

Ona Allahdan rəhmət, ailəsinə, yaxınlarına və sevənlərinə başsağlığı diləyirik”.
 
/APA
OXŞAR XƏBƏRLƏR