Türkiyədə çempion rəsmiləşdi — “Beşiktaş”!

İDMAN
00:07 16.05.2016
1389

2015/16 mövsümündə Türkiyə superliqasının qalibi müəyyənləşib.

“Beşiktaş” bu gün öz meydanında “Osmalıspor”a qalib gələrək yarışın bitməsinə bir tur qalmış çempionluğu təmin edib. Bu, “qara-qartallar”ın 14-cü çempionluğu olub.

“Beşiktaş”la eyni vaxtda onun ən yaxın izləyicisi “Fənərbaxça” da növbəti matça çıxıb. İstanbul təmsilçisi “Gənclərbirliyi”nə qalib gəlsə də, bu, nəyisə dəyişməyib.

Beləliklə, bügünkü oyunlardan sonra çempionatın bitməsinə 1 tur qalmış “Beşiktaş”la ikinci pillədəki “Fənərbaxça” arasında 6 xallıq fərq yaranıb (müvafiq olaraq, 79 və 73). (qol.az)

“Beşiktaş” – “Osmanlıspor” – 3:1Qollar:Marselo, 21 (1:0), 24 (2:0), Mario Qomez, 48 (3:0), Pierre Vebo, 74 (3:1)

“Fənərbaxça” – “Gənclərbirliyi” – 2:1Qollar:Robin van Persi, 38 (1:0), Sərdar Güller, 61 (1:1), Robin van Persi, 75 (2:1)

OXŞAR XƏBƏRLƏR