Türkiyədə COVID-19 diaqnozu ilə ölənlərin sayı 1296 nəfərə çatıb

Türkiyədə COVID-19 diaqnozu ilə ölənlərin sayı 1296 nəfərə çatıb
SOSİAL
22:02 13.04.2020
1232
Türkiyədə yenı növ koronovirusdan (COVID-19) bu gün daha 98 nəfər ölüb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Twitter səhifəsində yazıb. 

Nazir deyib ki, son 24 saatda 34456 şübhəli koronavirus testindən keçib, onlardan 4093-nün cavabı pozitiv çıxıb.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 1296  nəfər ölüb, 61049 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1786 nəfəri reanimasiyadadır, 3957 nəfərin isə müalicəsi müsbət nəticə verib. 

Bu gün müalicə olunan 511 xəstə evə buraxılıb.  

F.Qoca həmçinin Türkiyədə indiyə qədər 410556 nəfər testdən keçdiyini qeyd edib. 
OXŞAR XƏBƏRLƏR