Türkiyədə çoxmərtəbəli binada yanğın, 10 nəfər ölüb

Türkiyədə çoxmərtəbəli binada yanğın, 10 nəfər ölüb
DÜNYA
16:35 02.04.2024
141
Türkiyənin Şişli rayonunda 16 mərtəbəli binada yanğın nəticəsində ölənlərin sayı 10- a çatıb.

Məlumatı "TRT Haber” yayıb.

Məlumata görə, 7-si ağır olmaqla 13 nəfər yaralanıb.

İstanbul valiliyi hadisə ilə bağlı araşdırma başladıb.

Qeyd edilib ki, binada yerləşən klubda aparılan təmir işləri zamanı yanğın baş verib. Ölən və yaralananların oranın işçiləri olduğu bildirilir.

15:58

Türkiyənin Şişli rayonunda 16 mərtəbəli binada yanğın nəticəsində 8 nəfər ölüb, 6-sı ağır olmaqla 15 nəfər xəsarət alıb.

Məlumatı "TRT Haber” yayıb.

Məlumata görə, İstanbul valiliyi hadisə ilə bağlı araşdırma başladıb.

Qeyd edilib ki, yanğın binanın mənfi 1 və mənfi 2-ci mərtəbələrində yerləşən klubda baş verib.

15:29

Türkiyənin Şişli rayonunda 16 mərtəbəli binada yanğın olub.
 
Hadisə Posta küçəsində olub.

İlkin məlumata görə, yanğın nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Hadisənin səbəbi hələ ki məlum deyil.
OXŞAR XƏBƏRLƏR