Türkiyədə daha 107 nəfər pandemiyanın qurbanı oldu

Türkiyədə daha 107 nəfər pandemiyanın qurbanı oldu
DÜNYA
21:35 14.04.2020
1459
Türkiyədə daha 107 nəfər pandemiyanın qurbanı olub.

Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 403 nəfərə çatıb.

"Bu gün 33 070 test keçirilib, 4 062 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 65 111 nəfərdir. Bu gün daha 842 pasiyent sağaldı, ümumi say 4 799 nəfərdir", - nazir deyib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 968 000-i ötüb. Bunların 464 456 nəfəri sağalıb, 123 783 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
 
OXŞAR XƏBƏRLƏR