Şimali İraq və Suriyada 13 terrorçunun zərərsizləşdirildiyi açıqlanıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
İraqın şimalındakı Qara bölgəsində 6 PKK terrorçusu, Suriyanın şimalındakı Sülh bulağı və Fərat Qalxanı bölgələrində isə 7 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Nazirlikdən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:
"Axtar, tap, məhv et!
Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Qara bölgəsində müəyyən etdiyi 6 PKK terrorçusunu, Suriyanın şimalında isə Barış bulağı və Fərat Qalxanı bölgələrində müəyyən etdiyi 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Terrorçular harada olurlarsa olsunlar, xilas ola bilməyəcəklər!”.
Oksana