İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 26 şübhəli barəsində narkotik vasitələri istifadə məqsədilə saxlamaq, narkotik istifadəsini asanlaşdırmaq və fahişəliyə təşviq etmək ittihamları ilə gözaltı qərarı verilib.
AZXEBER.COM xəbər verir ki, İstanbul Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşları İstanbul, İzmir, Denizli və Muğlada əməliyyat keçirib.
Əməliyyat zamanı aktyor Doğukan Güngör, sosial media fenomeni Burak Altındağ, eləcə də Binnur Buse Alper, Merve Eryiğit, Özge Bitmez, Veysel Avcı, Sevgi Taşdan, Sedef Selen Atmaca, Arif Altunbulak, Gizem Özköroğlu, Gülsüm Bayrak, Saniye Deniz, Merve Uslu, Ece Cerenbeli, Berna Aracı, Lerna Elmas, Ceren Yıldırım, Gözde Anuk, Duygu Açıksöz, Nevin Şimşek, Hakan Yıldız, Muzaffer Yıldırım və Koray Beşli saxlanılıb.
Şübhəlilərdən Bülent Tetikin başqa cinayətə görə həbsdə olduğu, iki nəfərin isə xaricdə olduğu müəyyən edilib.










































