Türkiyədə terror bitmək bilmir.
Mardinin Nusaybin rayonunda PKK terrorçularının tərk etdikləri binada partlayış baş verib. Əsəgərlər binaya daxil olan zaman, əvvəlcədən quraşdırılmış bomba işə salınıb. Nəticədə biri zabit olmaqla, 3 əsgər şəhid olub. Daha 5 əsgər isə yaralanıb. Yaralılar bölgədəki xəstəxanaya yerləşdirilib.
Hazırda bölgədə terrorçulara qarşı əməliyyatlar davam etdirilir.