Türkiyədə daha iki əsgər şəhid oldu

DÜNYA
12:11 24.08.2015
1074
Türkiyədə PKK silahlılarının törətdiyi partlayış iki əsgərin həyatına son qoydu.ANS PRESS-in məlumatına görə, Türkiyənin cənub-şərqində, Hakkari vilayəti ərazisində PKK terrorçularının törətdiyi partlayış nəticəsində 2 əsgər şəhid olub, 3-ü isə yaralanıb.
Hadisə Hakkarinin Şemdinli rayonunun Təkəli kəndi yaxınlığında baş verib. İçərisində əsgərlər olan Hərbi avtomobil yoldan keçərkən yolun kənarına basdırılmış bomba terrorçular tərəfindən partladılıb. Nəticədə 2 əsgər həlak olub, 3-ü yaralanıb.Yararlılar dərhal Şemdilli Dövlət Xəstəxanasına çatdırılıblar.Hal-hazırda həmin ərazilərdə terrorçulara qarşı əməliyyat başlayıb.
OXŞAR XƏBƏRLƏR