Türkiyədə daş kömür mədəni çökdü - ölən və yaralananlar var

Türkiyədə daş kömür mədəni çökdü - ölən və yaralananlar var
DÜNYA
17:26 13.09.2023
239
Türkiyənin Zonquldağ şəhərində daş kömür mədəninin bir hissəsinin çökməsi nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

AZXEBER.COM xəbər verir ki, bunu Zonquldağ valisi Osman Hacbektaşoğlu bildirib.

Onun sözlərinə görə, hadisə baş verən zaman mədəndə 280 nəfər olub.

Hadisə yerində 75 nəfərdən ibarət axtarış-xilasetmə qrupu fəaliyyət göstərir. Əraziyə polis əməkdaşları, tibbi heyət, AFAD və Türkiyə Daşkömür Qurumunun (TDQ) nümayəndələri cəlb edilib.

Armutçuk müəssisəsinə məxsus mədənnin çökməsinin səbəbi hələ ki məlum deyil.
OXŞAR XƏBƏRLƏR