Türkiyədə daşqınlar yenidən həyatı iflic etdi

DÜNYA
07:22 25.10.2021
221
Türkiyənin Kastamonu vilayətinin Bozkurt rayonunda güclü leysan yağışlarının yaratdığı daşqınlar ağır fəsadlara səbəb olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, rayon mərkəzinin Sınarcık, Yılmaz və Cümhuriyyət məhəllələri su altında qalıb. Ezine çayının məcradan çıxması ciddi fəsadlar törədib.

Bildirilir ki, şəhər təsərrüfatının normal idarə olunması üçün əlavə tədbirlərə başlanılıb.

Qeyd edək ki, Türkiyənin qərbi Qara dəniz ərazisi sel və daşqınlara ən həssas bölgədir. Car ilin avqustunda Kastamonu, Sinop və Bartın vilayətlərində baş verən daşqınlar 82 nəfərin həyatına son qoyub, 228 nəfər xəsarət alıb, 16 şəxs itkin düşüb.

OXŞAR XƏBƏRLƏR