Türkiyədə dəhşətli hadisə: Arvadını öldürən şəxs daha sonra...

Türkiyədə dəhşətli hadisə: Arvadını öldürən şəxs daha sonra...
DÜNYA
16:03 28.10.2022
317
İstanbulda dəhşətli hadisə baş verib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun Pendik vilayətində həyat yoldaşını tapança ilə öldürən Yüksel Çiftçi eyni silahla daha sonra özünü də öldürüb.

Hadisə dünən axşam saatlarında Ertuğrulgazi Məhəlləsi Fetih Sokakda bir gecəqonduda baş verib. 67 yaşlı əri Yüksel Çiftçi ilə mübahisə edən 65 yaşlı Fadime Çiftçi oğlunun evinə gedib. Bir müddət sonra Yüksel Çiftçi danışmaq bəhanəsi ilə Fadime Çiftçini evə çağırıb. Ərinin yanına gedən Fadime Çiftçi evdə əri Yüksel Çiftçi tərəfindən güllələnərək öldürülüb.

Yüksel Çiftçi bir müddət sonra eyni silahla intihar edib. Cütlüyün cəsədləri Yenibosna Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb.

Mikayıl

OXŞAR XƏBƏRLƏR