Türkiyədə dəhşətli partlayış: 157 ölü, 75 yaralı

DÜNYA
11:00 14.05.2014
5609
Manisada kömür mədənində baş verən partlayış nəticəsində ölənlərin sayı 157-yə çatıb.

APA-nın məlumatına görə, Manisa Böyükşəhər Bələdiyyə başqanı saat 23.55-ə (Bakı vaxtı ilə 01.55) olan bilgiyə əsasən, ölənlərin sayının 157, yaralıların sayının isə 75 olduğunu açıqlayıb.

Bələdiyyə başqanı Çingiz Ergün ölümün əsas səbəbinin qazdan zəhərlənmə olduğunu bildirib.

***

saat 01.24

Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 17-yə çatıb.

APA-nın "CNNTürk"ə istinadən verdiyi xəbərə görə, Türkiyə Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, hazırda partlayış nəticəsində ölənlərin sayı 17-yə çatıb, daha 11 nəfər xəsarət alıb.Yerin altında qalan 200-dək fəhlənin xilas olunması istiqamətində tədbirlər davam etdirilir.

**** 21.34

Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə partlayış baş verib, nəticədə şaxta uçub. APA-nın "CNNTürk"ə istinadən verdiyi xəbərə görə, hakim Ədalət və İnkişaf Partiyasının Manisa əyalətindən olan deputatı Müzzəfər Yurtdaş hadisə nəticəsində 4 nəfərin öldüyünü bildirib. Bundan əvvəl isə o20 nəfərin tüstüdənzəhərlənmədən və aldıqları xəsarətlərdən öldüyünü bildirmişdi. Onun sözlərinə görə, xəstəxanaya 17 yaralı yerləşdirilib. Xəsarət alanlardanbirinin vəziyyətinin ağır olduğu bildirilir.

“Hurriyet” qəzetinin məlumatına görə, qəza yerin altında, 2000 metr dərinlikdə baş verib. İlkin versiyaya görə, partlayışa səbəb mədənin elektrik naqillərində baş vermiş qısaqapanma olub. Partlayışdan sonra şaxtada yanğın baş verib.

Partlayış baş verən an şaxtada 580 fəhlə olub, onlardan 280 nəfər şaxtanı tərk edə bilib.Yanğın nəticəsində lift sıradan çıxıb. Bu səbəbdən fəhlələrin şaxtanı tərk etməsində problem yaranıb.

Hadisə yerində xilasetmə əməliyyatı davam edir, çoxlu sayda “təcili yardım” maşını cəlb olunub.

**** 20.54

Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə partlayış baş verib, nəticədə şaxta uçub. Hadisə nəticəsində 1 nəfər ölüb, 19 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, xilasetmə əməliyyatı nəticəsində 20 fəhləni uçqunun altından çıxarmaq mümkün olub. Məlumata görə, yerin altında 200-300-dək fəhlənin qaldığı ehtimal olunur.

İlkin versiyaya görə, partlayışa səbəb mədənin elektrik təchizatında baş vermiş nasazlıq olub.

Yanğın nəticəsində lift sıradan çıxıb. Bu səbəbdən fəhlələrin şaxtanı tərk etməsində problem yaranıb.

Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam etdirilir.

OXŞAR XƏBƏRLƏR