Türkiyədə dəhşətli qəza: 3 ölü, 35 yaralı

DÜNYA
10:05 10.04.2012
1919

Türkiyənin Aksaray şəhərində dəhşətli yol qəzası baş verib.

Aksaray-Adana magistral yolunda yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində 3 nəfər ölüb, 35 nəfər də yaralanıb. Yük maşını ilk olaraq, başqa bir yük maşını ilə toqquşub, daha sonra çevrilərək arxadan avtobusa dəyib. Qəzadan yüngül xəsarətlərlə canlarını qurtaran yük maşınlarının sürücüləri saxlanılıb.

OXŞAR XƏBƏRLƏR