Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib. AZXEBER.COM xəbər verir ki, Ərdahanın Göle rayonunda 5 bal gücündə qeydə alınan zəlzələ köhnə tikililərdə dağıntılara səbəb olub. Zəlzələ nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.