AZXEBER.COM "TRT Haber”ə istinadla xəbər verir ki, "Yeni Parti” Partiyasının Qaziantepdən olan deputatı Melih Meriç hücuma məruz qalıb.
Hadisəni CHP-nin Oğuzeli rayon təşkilatının keçmiş sədri Seydi Ahmet Keleşin törətdiyi bildirilir. Yaralanan deputat dərhal Qaziantep Şəhər Xəstəxanasına çatdırılaraq əməliyyata alınıb. Onun həyati təhlükəsinin olduğu bildirilir.
Hazırda hadisəni törədib qaçan şübhəlinin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirilir.











































