Türkiyədə deputatların toxunulmazlığı ləğv edildi – Ərdoğan təsdiqlədi

DÜNYA
00:43 08.06.2016
1537

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisi (TBMM) millət vəkillərinin toxunulmazlığının ləğv olunması ilə bağlı qanun layihəsini təsdiqləyib.

550 deputadan 376-sı yeni qanun layihəsinin lehinə səs verib, hakim “Ədalət və İnkişaf Partiyası” bunu dəstəkləyib.

Türkiyədə kürdyönümlü Xalqların Demokratiya Partiyası (HDP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi olan 138 deputat barəsində prokurorluq tərəfindən cinayət işi başlanıb. Toxunulmazlığa görə bu iş üzrə istintaq aparılmırdı. Lakin yeni qanun layihəsindən sonra həmin millət vəkillərinin prokurorluğa çağırılması, dindirilməsi, haqqlarında həbs-qətimkan tədbirlərinin seçilməsi artıq mümkün olacaq. (qafqazinfo)

OXŞAR XƏBƏRLƏR