Türkiyədə dörd məşhurun narkotik testi müsbət çıxdı

Türkiyədə dörd məşhurun narkotik testi müsbət çıxdı
DÜNYA
22:13 06.01.2026
190
İstanbulda davam etdirilən və məşhurları hədəf alan narkotik əməliyyatı çərçivəsində yeni nəticələr ortaya çıxıb.

AZXEBER.COM "Haber Global"a istinadən xəbər verir ki, istintaq çərçivəsində məhkəmə tibbi ekspertizası saç və qan nümunələri götürülən bəzi şəxslərin test nəticələrini açıqlayıb.

Məlumata görə, aktyorlar Melisa Döngel, Cihan Şensözlü, Ezgi Eyüboğlu və Senna Yıldızın narkotik istifadə etdiyi aşkar edilib. Onların kokain testinin müsbət nəticə verdiyi bildirilib.

Eyni araşdırmanın bir hissəsi olaraq testdən keçən aktrisa İrem Sakın nəticələrinin mənfi olduğu vurğulanıb.

Səlahiyyətlilər istintaqın əldə edilən nəticələrə əsasən davam edəcəyini bildiriblər.
OXŞAR XƏBƏRLƏR