Türkiyədə əməliyyat olunan Rafiq Hüseynov xəstəxanadan çıxdı

MƏDƏNİYYƏT
00:20 19.12.2013
1298

Tanınmış diktor dekabrın 21-də Bakıya qayıdacaq

Türkiyədə əməliyyat olunan xalq artisti, tanınmış diktorRafiq Hüseynovdekabrın 21-də Bakıya qayıdacaq.

R.Hüseynovun xanımıSəbinə Hüseynovanın APA-ya verdiyi məlumata görə, o, bu gün xəstəxana palatasından otelə köçürülüb: “Bu gün həkimlər müayinə etdilər, qərar verdilər ki, ev şəraitində müalicə ala bilər. Rafiqi bu gün otelə yerləşdirdik. Özünü yaxşı hiss edir, bir az nəfəs almağında çətinlik var, amma həkimlər deyir ki, bir müddət sonra nəfəs alması da normallaşacaq. İnşallah, cümə günü son müayinə ediləcək, ayın 21-i Bakıda olacağıq”.

OXŞAR XƏBƏRLƏR