Türkiyədə “Gəzi parkı” hadisələri ilə bağlı müxtəlif şəhərlərdə əməliyyatlar başlayıb. Türkiyə mətbuatının xəbərinə görə, Ankara polis idarəsi terrorla mübarizə şöbəsinin əməkdaşları əməliyyatı 5 şəhərdə keçirib.Məlumata görə, “Gəzi parkı” aksiyaları vaxtı təxribat törətdiyi, insanlara hücum etdiyi və hücumu təşkil etdiyi müəyyən olunan MLKP (Marksist Leninçi Kommunist Partiyası) üzvləri saxlanılıb.Ankara, İzmir, Samsun, Mersin və Tunceli şəhərlərində keçirilən əməliyyatlarda 11 nəfər polis bölməsinə cəlb olunub.