Türkiyədə “Eris” virusuna 9 nəfər yoluxdu

Türkiyədə “Eris” virusuna 9 nəfər yoluxdu
DÜNYA
10:37 15.09.2023
398
Türkiyədə "Eris” virusuna 9 nəfər yoluxub.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca sosial media hesabından bu barədə məlumat verib.

O, açıqlamasında deyib: "Laboratoriyamızda aparılan müayinədə 9 nəfərdə "Eris” variantı aşkar edilib, lakin mövcud tədbirlərə və gündəlik həyatımıza davam edəcəyik. Bu vəziyyət başqa ölkələrdə adi haldır və bizdə də ola bilərdi. Biz əsasən yaşlı insanlar və xroniki xəstəlikləri olan şəxsləri qoruyacağıq”.

Eyni zamanda səhiyyə naziri Fahrettin Koca 65 yaşdan yuxarı və xroniki xəstəliyi olanlar üçün qrip peyvəndinin sentyabrın 15-dən başlayacağını açıqlayıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR