Türkiyədə erotik filmlərə çəkilən aktrisa əslində kişi imiş

Türkiyədə erotik filmlərə çəkilən aktrisa əslində kişi imiş
DÜNYA
19:42 18.01.2019
6075
Bir vaxtlar "Yeşilçam"da rol aldığı erotik filmləri ilə hər kəsi özünə heyran edən məşhur türk aktrisası Emel Aydanın trans olduğu üzə çıxıb.

Hər zaman erotik filmlər ilə gündəmə gələn aktrisa 1951-ci ildə İstanbulda anadan olub. Kariyerası ərzində 20 erotik filmə çəkilən aktrisanın son günlərdə haqqında çıxan xəbərlər hamını şoka salıb.

Emel Aydının cərrahi əməliyyatlarla cinsiyyətini dəyişdirməsi xəbəri Türkiyənin maqazin gündəmini zəbt edib. Gerçək adı "Erdoğan Kaşif" olan Emel Aydın Türkiyənin ilk trans qadını olmaqla məşhurlaşıb.

E.Aydın o qədər gözəl və cazibədar qadın olub ki, heç kim onun kişi olduğunu ağlına belə gətirməyib.

Qeyd edək ki, 20 yaşında Avropada keçirdiyi əməliyyatlarla gözəl bir qadın olan Emel, İsveçrə və İtaliyada "Rita Santiao" adıyla striptizçiliklə belə məşğul olub.
 
///yenicag.az
OXŞAR XƏBƏRLƏR