Türkiyədə faciəvi şəkildə həlak olan Emin vətəndə dəfn olundu

Türkiyədə faciəvi şəkildə həlak olan Emin vətəndə dəfn olundu
SOSİAL
22:49 14.11.2025
166
Türkiyədə yol-nəqliyyat hadisəsində həlak olan azərbaycanlı jurnalist Emin İbrahimovun cənazəsi Bakıya gətirilib.

AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə mərhumun atası Rəşid İbrahimov məlumat verib.

Emin İbrahimov bu gün Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimdə mərhumun ailə üzvləri, dostları və həmkarları iştirak ediblər.

Qeyd edək ki, 44 yaşında vəfat edən jurnalist "Euronews" telekanalında fəaliyyət göstərirdi.

O, xüsusilə 44 günlük Vətən müharibəsində hazırladığı reportajlarla tanınıb.
OXŞAR XƏBƏRLƏR